2015-ci oktyabr ayının 1-nə Azərbaycanda banklar tərəfindən 2,707 min ədəd bankomat quraşdırılıb ki, bu da cari ilin əvvəlinə olan göstəricidən 3,8% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
Oktyabrın1-nə Bakıda 1,522 min ədəd (artım 3,5%), regionlarda 1,185 min ədəd bankomat (artım 4,2%) quraşdırılıb.
AMB-nin məlumatına görə, 2015-ci ilin yanvar-sentyabr aylarında respublika ərazisində ticarət və xidmət obyektlərində quraşdırılan pos-terminalların sayında artım müşahidə olunub. Xüsusilə oktyabr ayının əvvəlinə onların sayı 77,17 min ədəd (artım 5,7%) təşkil edib.
Bununla yanaşı, Bakıda 48,478 min ədəd (azalma 3,1%), regionlarda 28,692 min ədəd (artım 24,9%) pos-terminal mövcuddur.
Pərakəndə ticarət obyektlərində 75,691 min ədəd pos-terminal və ya bütün pos-terminalların 98,1%-i quraşdırılıb.
A.Axundov