Bu gün Azərbaycan prezidenti İlham Əliyev “Kütləvi informasiya vasitələri haqqında”qanuna dəyişiklik edilməsi barədə sərəncam imzalayıb. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Sənədə əsasən, kütləvi informasiya vasitəsində cinayət işləri üzrə ibtidai araşdırmanın mahiyyəti və nəticələri barədə həqiqətə uyğun olmayan və ya təhrif edilmiş məlumatlar verildikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən və ya ibtidai araşdırmanı aparan orqan məlumatın təkzib olunması və ya düzəliş verilməsi tələbi ilə müraciət etmək hüququna malikdir.
A.Zeydullayeva