Bazar ertəsi Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin baş naziriƏhməd Davudoğlunun rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının Türkiyə Böyük Millət Məclisinə seçkilərdə qələbəsi münasibəti ilə təbik edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Seçkilərin nəticələri Türkiyə cəmiyyətinin sabitliyə, əmin-amanlığa və inkişafa dəstəyinin və milli iradəsinin parlaq təzahürüdür”, - deyə təbrik məktubunda deyilir.
Həmçinin İ.Əliyev məktubda iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin və müstəsna xarakter daşıyan münasibətlərin “xalqlarımızın rifahı və ölkələrimizin maraqlarına uyğun olaraq bundan sonra daha da genişlənəcəyinə və möhkəmlənəcəyinə” əminlik ifadə edib.
A.Zeydullayeva