SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) 2016-cı ilin I yarısında “Qərbi Abşeron” yatağındakı 20 saylı stasionar dəniz özülündə abadlaşdırma işlərini başa çatdırmağı planlaşdırır. Bu barədə şirkətin məlumatında deyilir.
“Abadlıq-quruculuq işləri zamanı indiyədək 20 saylı özüllə 57 saylı özül arasında 1000 metrlik boru kəməri çəkilib, bir ədəd qazpaylayıcı batareya quraşdırılıb. Cari ilin mart ayından başlanılmış işlərin 2016-cı ilin ilin birinci yarısına qədər başa çatdırılması nəzərdə tutulur”,- deyə məlumatda bildirilir.
İşlərin podratçısı “Neftqaztikinti” Trestidir.
“Qərbi Abşeron” yatağının ehtiyatları 10 mln. ton səviyyəsində qiymətləndirilir.
N. Abbasova