SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyi Cəlilabad və Şəmkir rayonlarının bir sıra kəndlərini qazlaşdırıb. Bu barədə SOCAR-dan məlumat verilib.
Cəlilabad rayonunda 120 abonentlik Şıxlar kəndinin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında ümumi uzunluğu 10,637 min metr olan müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.
Şəmkir rayonunun ümumilikdə 795 abonenti olan Miskinli və Muxtariyyə kəndlərinin qazlaşdırılması zamanı isə 20,619 min metrlik qaz xətləri çəkilib, hər bir abonentin mənzilində ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.
N.Abbasova