ABŞ-ın Los-Anceles şəhərindəki Sinay Məbədinin nümayəndə heyəti Bakıda Tövratın təqdimatını keçirib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən məlumat verilib.
Noyabrın 1-də Bakıda Dağ Yəhudiləri Sinaqoqunda Tövratın təqdim olunması mərasimi keçirilib. Xatırladaq ki, sözügedən Tövrat bu ilin fevralında ABŞ-a səfər edən Azərbaycan nümayəndə heyətinə bağışlanıb.
Tədbirdə Sinay Məbədinin ravvini David Volpe, Sinay Məbədinin kişi klubunun prezidenti Kary Lerman, Dağ Yəhudiləri icmasının rəhbəri Milix Yevdayev, Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev, Bakı Avropa Yəhudiləri dini icmasının sədri Gennadi Zelmanoviç, professor Səməd Seyidov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov iştirak ediblər.
Tədbirdən sonra nümayəndə heyəti Quba şəhərinə yollanıb. Qubada qonaqlar Soyqırım Memorialını ziyarət edib, habelə Qubadakı Qırmızı Qəsəbəyə baş çəkərək orada Dağ Yəhudiləri İcması ilə görüşüb.
A.Zeydullayeva