AŞPA-nın Cənubi Qafqaz üzrə məruzəçisi Robert Uolterin “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması” mövzusunda məruzəsinin ilkin variantı Parisdə qurumun Siyasi işlər komitəsinin iclasında dinləniləcək. Bu barədə Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputat Sabir Hacıyev AŞPA-nın Siyasi işlər komitəsinin iclasında iştirak etmək üçün Fransada səfərdə olacaqlar.
Həmçinin Suriyada muzdlu döyüşçülər problemi, Kosovoda və Belarusda vəziyyət, Ukraynada baş verən hadisələrin siyasi nəticələri və digər məsələlər barəsində də fikir mübadiləsi aparılacaq.
Deputatların səfəri noyabrın 3-dən 5-dək davam edəcək.
R.Babayev