Azərbaycanda fəaliyyət göstərən banklar yanvar-sentyabr aylarında filiallarının sayını 0,8% - 758 vahidə qədər artırıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
2015-ci il sentyabr ayının 30-na Azərbaycanda dövlət kapitalı ilə 2 bank və 41 kommersiya bankı fəaliyyət göstərib.
Dövlət kapitalının iştirakı ilə fəaliyyət göstərən bankların filiallarının sayı 41 vahidə (artım 22,5%), özəl bankların filiallarının sayı 717 vahidə (artım 0,7%) bərabərdir.
Bununla yanaşı, cari ilin üçüncü rübündə bank filiallarının sayı 5 vahid azalıb.
Ümumilikdə 41 bankın filialı var.
2015-ci il oktyabrın 1-nə bankların 165 şöbəsi fəaliyyət göstərir ki, bu da ilin əvvəlinə olan göstəricidən 1,8% çoxdur.
AMB-nin məlumatına əsasən, 2015-ci il sentyabr ayının 30-na Azərbaycan kredit təşkilatlarının xaricdəki törəmə bankları (4) və nümayəndəliklərinin sayı (7) dəyişməyib.
A. Əzizov