7-9 dekabr tarixlərində iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərliyi ilə Azərbaycanın biznes nümayəndə heyəti Səudiyyə Ərəbistanına səfər edəcək. Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) məlumatında qeyd edilir.
Ər-Riyad şəhərinə səfər çərçivəsində hər iki ölkədən rəsmi şəxslər və iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların iştirakı ilə biznes forum keçiriləcək.
AZPROMO İqtisadi İnkişaf Nazirliyi tərəfindən 2003-cü ildə yaradılıb. İlkin mərhələdə fond investisiyaların təşviqi və investisiya məsələləri üzrə məsləhətləşmələrlə məşğul olurdu. 2005-ci ilin avqust ayında fondun funksiyaları genişləndirilib və fond ixracın təşviqi məsələləri ilə məşğul olmağa başlayıb.
A.Axundov