Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Qazaxıstana rəsmi səfərə gedib. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.
Noyabrın 5-nə qədər davam edəcək səfərdə Z.Həsənovun Qazaxıstanın Müdafiə Nazirliyində görüşləri, hərbi təhsil müəssisələri və hərbi hissələrə ziyarətləri nəzərdə tutulub.
Görüşlər zamanı ölkələrimiz arasında hərbi, hərbi təhsil, hərbi-texniki sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və perspektiv istiqamətlərinin nəzərdən keçirilməsi, müdafiə və təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsinin aparılması planlaşdırılır.
Səfər Qazaxıstanın müdafiə naziri İmanqali Tasmaqambetovun dəvəti ilə baş tutub.
F.İsazadə