Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Bakı və Azərbaycan axiyepiskopu Aleksandra Rusiya təyyarəsinin Sinay üzərində qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar başsağlığı verib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri tədbirdən məlumat verib.
“Tədbirə başlamadan öncə icazə verin, görüşdə iştirak edən Azərbaycan yeparxiyasının rəhbəri Aleksandr ataya başsağlığı verim”, - deyə A.Paşazadə Devid Volpenin başçılıq etdiyi Sinay Məbədinin yəhudi icmasının nümayəndə heyəti ilə görüş zamanı bildirib.
Görüş iştirakçıları bir dəqiqəlik sükutla faciə qurbanlarının xatirəsini yad ediblər.
F.İsazadə