Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Avropa Konservatorlar Partiyasının sədri seçilib. Bu barədə AZƏRTAC dövlət informasiya agentliyi məlumat verir.
Qurumun Siyasi Komitəsinin büro iclasında Avropa Konservatorlar Partiyasının sədri Kristofer Çopun səlahiyyətlərinə xitam verilib. Partiyanın sədr müavini, bu qurumda Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov 2016-cı il yanvarın 25-dək sədr təyin edilib.
AŞPA-da 5 siyasi partiya fəaliyyət göstərir və Azərbaycan nümayəndə heyətinin əksəriyyəti Avropa Konservatorlar Partiyasının üzvüdür.
R.Babayev