Rusiya Federasiyasının baş naziri Dmitri Medvedev rusiyalıları Xalq Birliyi Günü münasibəti ilə təbrik edib.
“Biz bu gün dövlət bayramı - Xalq Birliyi Gününü qeyd edirik. Bu tarix sadə həqiqəti təmsil edir: Rus xalqı milliyyətindən və dini mənsubiyyətindən asılı olmayaraq vahid xalqdır”, - deyə D.Medvedev çərşənbə günü “Facebook” səhifəsində yazıb.
“Nə qədər ki, biz birlikdəyik, bizim böyük, gözəl ölkəmiz də mövcuddur. Bayramınız mübarək!”, - deyə təbrikdə deyilir.