Azərbaycan prezidenti İlham Əliyev Zaqatala şəhərində Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib. Bu barədə dövlət başçısının saytında məlumat verilib.
Prezidentə məlumat verilib ki, inşasına 2013-cü ildə başlanılan binanın ümumi sahəsi 2765 kvadratmetrdir.
Mərkəzin ikinci mərtəbəsi elektron kitabxana, arxiv, virtual sinif və kompyuter otaqları, dizayn və xalq sənətkarlığı studiyaları, xarici dil dərnəyi və 44 nəfərlik dairəvi konfrans zalından ibarətdir. Bu Mərkəzin istifadəyə verilməsi rayon gənclərinin ilkin peşə vərdişlərinə yiyələnmələrində və asudə vaxtlarını səmərəli keçirmələrində mühüm rol oynayacaq.
Mərkəzin binası ilə tanışlıqdan sonra prezident İ.Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Dövlət başçısı da Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialının yeni inşa olunan binasının açılışında iştirak edib.
Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialının binası 2012-ci il mayın 7-də baş vermiş zəlzələ zamanı ciddi ziyan çəkmişdi.
Prezidentə məlumat verilib ki, bina 6 min 700 kvadratmetr ərazini əhatə edir.
R.Babayev