Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti (DMX) cümə günü Mingəçevir şəhərində əmək yarmarkası keçirəcək. Bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Yarmarkada Mingəçevir şəhərində fəaliyyət göstərən dövlət və qeyri-dövlət müəssisələri üzrə 150-yə yaxın vakant iş yeri işsiz və işaxtaran vətəndaşlara təklif olunacaq.
İlin əvvəlindən DMX tərəfindən müxtəlif bölgələrdə 54 əmək yarmarkası təşkil olunub.
R.Babayev