Azərbaycan Mərkəzi Bankı (AMB) noyabrın 5-nə manatın dollara nisbətən rəsmi məzənnəsini noyabrın 4-də qeydə alınmış 1,0495 manat/$1 səviyyəsinə qarşı 1,0499 manat/$1 səviyyəsində müəyyənləşdirib. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) saytında məlumat verilir.
Beləliklə, manat dollara nisbətən 0,0381% ucuzlaşıb.
AMB noyabrın 5-nə manatın avroya nisbətən rəsmi məzənnəsini noyabrın 4-də qeydə alınmış 1,1492 manat/1EUR səviyyəsinə qarşı 1,1412 manat/1EUR səviyyəsində müəyyənləşdirib.
Bununla da manat avroya nisbətən 0,6961% möhkəmlənib.
Noyabrın 5-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsi noyabrın 4-də qeydə alınmış 0,0168 manat/1RUR səviyyəsinə qarşı 0,0166 manat/1RUR səviyyəsində müəyyən edilib.
Beləliklə, manat rubla nisbətən 1,1905% möhkəmlənib.
Xəbər verildiyi kimi, fevralın 21-də AMB manatın devalvasiyasını həyata keçirib. Manatın məzənnəsi fevralın 20-də qeydə alınmış 0,7862 manat/$1-a qarşı 33,5% - 1,05 manat/$1-a qədər ucuzlaşıb.
A.Axundov