Təhsil naziri Mikayıl Cabbarov Parisdə fransalı həmkarı Najat Vallo-Belkasem ilə əməkdaşlıq perspektivlərini müzakirə edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Görüş Azərbaycanın təhsil nazirinin iştirak etdiyi YUNESKO-nun Baş Konfransının 38-ci sessiyası çərçivəsində keçirilib.
Görüş zamanı tərəflər Azərbaycan-Fransa münasibətlərində təhsil sahəsinin xüsusi rolunu vurğulayaraq bu sahədə əməkdaşlığın inkişaf etdirilməsi perspektivlərinə, ali təhsil müəssisələri arasında əlaqələrin daha da genişləndirilməsinə toxunublar.
Bundan başqa, nazirlər ikili diplom proqramlarının təşkili imkanları və qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
A.Zeydullayeva