SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Neft Daşları” yatağı üçün inşa olunan 1637A saylı estakadayanı meydançada tikinti-quraşdırma işlərini yekunlaşdırmaq üzrədir. Bu barədə şirkətin məlumatında bildirilir.
“Tikinti işlərinin baş podratçısı “Neftqaztikinti” Trestidir. Tikinti-quraşdırma işləri yekunlaşmaq üzrədir və meydança yaxın günlərdə istismara veriləcək”, - deyə məlumatda qeyd edilir.
Estakadayanı meydança 14 ədəd istismar quyusunun qazılması üçün nəzərdə tutulub. Hər quyudan sutkada 10 ton neft çıxarılacaq.
“Neft Daşları” yatağı 1949-cu ildən işlənilir.
N.Abbasova