Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən bir neçə dövlət standartı və təsnifatı təsdiq edilib. Bu barədə Dovlət Komitəsinin məlumatında qeyd edilir.
Xüsusilə AZS 599-2015 “Nəqliyyat vasitələri və onların qoşqularının dövlət qeydiyyat nişanları. Tipləri və əsas ölçüləri. Texniki tələblər”, AZS 848-2015 (ISO 22000-2005) “Qida təhlükəsizliyi idarəetmə sistemləri - Qida zəncirində iştirak edən təşkilatlar üçün tələblər”, AZS 853-2015 (ГОСТ Р 50838-95) “Qaz kəmərləri üçün polietilen borular.Texniki şərtlər” standartları təsdiq olunub.
Bundan başqa, komitə tərəfindən AZS 854-2015 (EN 13476-3+A1) “Təzyiqsiz yeraltı drenaj və çirkab suları üçün plastik boru sistemləri.Daxili səthləri hamar və xarici səthləri profilli B tipli borular, birləşdirici hissələr və sistem üçün xüsusiyyətlər” dövlət standartı təsdiq edilib.
A.Əzizov