Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov İranın təhsil naziri Əli Əsgər Fani ilə görüşüb. Bu barədə “İnterfasks-Azərbaycan” agentliyinə Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Görüş M.Cabbarovun iştirak etdiyi YUNESKO-nun Baş Konfransının 38-ci sessiyası çərçivəsində keçirilib.
İki ölkə arasındakı tarixi əlaqələrdən danışan M.Cabbarov bildirib ki, Azərbaycan Ermənistan istisna olmaqla, bütün qonşu ölkələrlə əməkdaşlığın möhkəmlənməsində maraqlıdır.
O, həmkarına Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramının reallaşdırılması barədə məlumat verib.
A.Zeydullayeva