ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Azərbaycanda parlament seçkilərinə müşahidəçilər missiyasi göndərməkdən imtina etməsi bu qurumun respublika ilə əməkdaşlıq perspektivlərini zəiflədir. Bu barədə Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyinin bəyanatında deyilir.
“Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq ATƏT DTİHB Azərbaycanla bu sahədə əməkdaşlıqdan imtina edib. ATƏT DTİHB və Parlament Assambleyasının Azərbaycandakı seçki prosesindən özünü təcrid etməsi onların parlament seçkiləri ilə bağlı hər hansı münasibət bildirməsini istisna edir. Faktiki olaraq biz ATƏT-in belə imkanı əldən verdiyini düşünürük. DTİHB direktorunun öz mandatını pozması ilə bağlıAzərbaycan hökuməti və rəhbərliyinin mövqeyi aydındır. Son iki ayda bununla bağlıATƏT-in Daimi Şurası ilə əlaqəyaratmağa çalışdıq. DTİHB-ni inandırmağa çalışdıq ki, Azərbaycana müşahidəçi göndərməmək qərarı mənfi presedent yaradacaq. Təəssüf ki, DTİHB bizim çağırışlarımıza cavab vermədi və bu seçkilərdə Azərbaycanla əməkdaşlıqdan imtina etdi. DTİHB tərəfindən belə yanaşma mövcud vəziyyət aradan qaldırılmadan adıçəkilən institutla əməkdaşlıq perspektivlərini əhəmiyyətli dərəcədə zəiflədir”, - deyə Azərbaycan nümayəndə heyəti rəhbərinin cümə axşamı ATƏT-in Daimi Şurasının iclasında verdiyi bəyanatda bildirilir.
BəyanatdaAzərbaycanınATƏTinstitutları vəATƏT, habelə Avropa İttifaqına üzv dövlətlərlə əməkdaşlığı davam etdirməyə hazır olduğu diqqətə çatdırılır.
Bundan əlavə, sənəddə Rusiya, Türkiyə və Belarus səfirlərinin ölkədə keçirilmiş və beynəlxalq müşahidəçilərin yüksək qiymətləndirdiyi uğurlu seçkilər münasibəti ilə Azərbaycan xalqına ünvanladıqları təbrikə görə minnətdarlıq bildirilir. “Biz Azərbaycan hökumətinin dəvətini qəbul etmiş və seçkiləri müşahidə etmək üçün missiyalar göndərmiş ATƏT ölkələrinə və beynəlxalq təşkilatlara təşəkkürümüzü bildiririk”,- deyə sənəddə qeyd edilir.
F.Hüseynzadə