Rusiyanın xarici işlər naziri Sergey Lavrovla türkiyəli həmkarı Feridun Sinirlioğlu arasında baş tutan telefon söhbətində Suriya böhranına dair ikitərəfli əlaqələr müzakirə edilib.
“Söhbət zamanı nazirlər gələcək ikitərəfli əlaqələrin qrafikini nəzərdən keçirib, Suriyadakı böhranın siyasi yolla həllinə dair səyləri müzakirə ediblər”, - deyə Rusiya XİN-in cümə günü yaydığı məlumatda bildirilir.