Əli Bayramov “PAŞA Sığorta” şirkətinin İdarə Heyəti sədrinin yeni birinci müavini təyin edilib. Bu barədə şirkətin saytında qeyd olunur.
Ə.Bayramov bu postda ötən həftə Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru təyin edilmiş Zaur Əliyevi əvəz edib.
Ə.Bayramov İdarə Heyəti sədrinin birinci müavini postunda əməliyyat blokuna cavabdeh olacaq.
“PAŞA Holdinq” qrupuna daxil olan “PAŞA Sığorta” 2006-cı ilin iyul ayında sığorta fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb. 31 sığorta növü üzrə xidmət göstərən şirkət toplanmış sığorta haqlarının və ödənişlərin həcminə görə Azərbaycanın sığorta şirkətləri arasında liderdir.
2015-ci ilin yanvar-sentyabr ayları ərzində “PAŞA Sığorta” 48,25 mln. manat məbləğində sığorta haqqı toplayıb, 21,7 mln. manat məbləğində ödəniş həyata keçirib.
A.Əzizov