Azərbaycanın hüquq-mühafizə orqanları cümə gününə keçən gecə Bakının Bakıxanov qəsəbəsində bir qrup dindarla polis arasında baş vermiş toqquşmanı hələlik şərh etmir.
Daxili İşlər Nazirliyinin mətbuat xidməti “İnterfaks-Azərbaycan” agentliyinə bu məsələni şərh etməyib. Nazirlik yaxın vaxtlarda insidentlə bağlı rəsmi məlumat yayacaq.
ANS telekanalının məlumatına əsasən, dünən “Müsəlman birliyi hərəkatı”nın sədr müavini Elçin Qasımlının hüquq-mühafizə orqanları tərəfindən saxlanılması dindarların etirazına səbəb olub. Etirazçılar Sabunçu Rayon Polis İdarəsinin Bakıxanov qəsəbəsindəki bölməsinin qarşısına yığışaraq E.Qasımlının azad olunmasını tələb ediblər. Bakıxanov qəsəbəsində asayişin təminn olunması məqsədilə çevik polis qüvvələri cəlb olunub. Aksiyanın dağıdılması zamanı bir neçə etirazçı saxlanılıb.
R.Babayev