19 noyabr tarixində Bakıda Azərbaycan-ABŞ işgüzar görüşü keçiriləcək. Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) məlumatında qeyd edilir.
ABŞ nümayəndə heyətinə tikinti, energetika, İKT, kimya, qida sənayesi, təhsil, mühəndislik, yanğınsöndürmə texnologiyaları, tibbi avadanlıqların istehsalı, əczaçılıq, aviasiya, nəqliyyat, inşaat üçün maşın və texnologiyalar, kosmetik və yuyucu məhsulların istehsalı və digər sahələrdə fəaliyyət göstərən 15 şirkətin nümayəndələri daxildir.
İşgüzar görüş İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə keçiriləcək.
Xəbər verildiyi kimi, 18-20 noyabr tarixlərində ABŞ ticarət missiyası Azərbaycana səfər edəcək.
AZPROMO İqtisadi İnkişaf Nazirliyi tərəfindən 2003-cü ildə yaradılıb. İlkin mərhələdə fond investisiyaların təşviqi və investisiya məsələləri üzrə məsləhətləşmələrlə məşğul olurdu. 2005-ci ilin avqust ayında fondun funksiyaları genişləndirilib və fond ixracın təşviqi məsələləri ilə məşğul olmağa başlayıb.
A.Axundov