Rusiyanın xarici işlər naziri Sergey Lavrov hesab edir ki, İŞİD terrorçuları İraq, Əfqanıstan, Suriya, xüsusilə də Palmiradan çıxarıldıqdan sonra UNESCO öz ekspertlərini bu ölkələrə göndərməlidir.
“Bu, bizim ümumi sərvətimizdir. Mən əminəm ki, bu vəhşilər o ölkələrdən qovulduqdan sonra təhlükəsizlik sahəsindəki vəziyyət imkan verən kimi UNESCO öz mandatına uyğun olaraq, dəymiş ziyanı qiymətləndirmək və və bəşəriyyətin əvəzsiz sərvətlərini bərpa etmək üçün mütləq ekspertlərdən ibarət missiya göndərəcək”, - deyə S.Lavrov UNESCO-nun baş katibi İrina Bokova ilə görüşün yekunlarına dair jurnalistlərə bildirib.
Nazir qeyd edib ki, İ.Bokova ilə təşkilatda konsensus qərarların dəstəklənməsinin vacibliyi vurğulanıb. “Biz baş direktorun bu istedada malik olmasını və məhz belə konstruktiv yanaşamalar irəli sürməsini çox qiymətləndiririk”, - deyə o qeyd edib.