Azərbaycanın "Shinkar Holding”i Monteneqronun şimalında Jablyak ərazisində möhtəşəm dağ- xizək kurortu tikməyə hazırdır. Bu barədə BalkanPro.ru saytı şirkətin rəhbəri Ələskər Mehdiyevə istinadən məlumat verir.
Onun sözlərinə görə, içərisində restoran və kafe olan 5 ulduzlu otelin tikintisi və mövcud kanat yolunun yenisi ilə əvəz olunması planlaşdırılır.
“Buna oxşar oteli biz $140 mln. sərmayə qoyaraq Azərbaycanın şimalında Qəbələdə tikmişik. Sizin üstünlüyünüz ondadır ki, bütün infrastruktur hazırdır, xizək yamacları hazırlanıb. Kanat köhnədir, lakin onu dəyişmək mümkündür. İqlim şəraiti demək olar ki, oxşardır. Üstəlik Savin-Kukda süni qar yaratmağa ehtiyac qalmayacaq, bu dağlarda qar bir neçə ay qalır”,- deyə A.Mehdiyev qeyd edib.
Monteneqronun Azərbaycandakı fəxri konsulu Vüqar Əliyev bildirib ki, Bakıda konsulluğun açılması iki ölkkə arasında münasibətlərin sürətlə möhkəmlənməsinə səbəb olub. Təkcə 2013-cü ildə Monteneqroya Azərbaycandan 12 min turist gəlib.
“Biz Bakıdan Tivat və Podqoritsaya birbaşa aviareyslər sayəsində Balkan ölkəsi ilə turizm əlaqələrimizi inkişaf etdirməyə çalışırıq. Monteneqrodakı dağ-xizək kurortları günü- gündən populyarlaşır”,- deyə o bildirib.
A.Axundov