Yaxin günlərdə Türkiyənin baş naziri Əhməd Davudoğlu Azərbaycana səfər edəcək. Bu barədə Türkiyə mətbuatı məlumat verib.
Məlumata əsasən, seçkilərdə qələbə qazanan Ədalət və İnkişaf Partiyasının Mərkəzi Qərar və İcra Şurasının bu gün seçki sonrası ilk iclası keçiriləcək. Bu8ndan sonra türkiyəli baş nazir partiyasının ən çox səs aldığı vilayətlərə təşəkkür səfəri edəcək.
Sonra Ə.Davudoğlu ilk xarici səfərini bir günlük Şimali Kipr Türk Cümhuriyyətinə, ardınca Azərbaycana və İraqa gerçəkləşdirəcək.
F.İsazadə