Çərşənbə axşamı Yarat Müasir İncəsənət Mərkəzində «4.1 Şəhər Motivləri» kinoalmanaxının nümayişi keçiriləcək. Bu barədə “Azərbaycanfilm” kinostudiyasının saytında məlumat verilir.
Kinoalmanaxa YARAT Film Klubunun çərçivəsində nümayiş olunacaq «Qonşu qadın», «Kədərim» və «Yuxarıda və aşağıda» filmləri daxildir.
“Qonşu qadın” filmi melodrama və komediya janrında çəkilib. Baş rollarda - Gülzar Qurbanova, Cavanşir Hadıyev çəkiliblər, filmin ssenarisi - İradə Bağırzadə, Anar Abbasov, quruluşçu rejissor - Anar Abbasov, quruluşçu operator - Aleksey Şepilevdir.
“Kədərim” komediya və dramında baş rollarda - Roman Şulqa, Əli Nəsib, Teymur Nadir çəkiliblər. Ssenari müəllifi və quruluşçu rejissor - Rüfət Həsənov, quruluşçu operator - Mixail Belkin, bəstəkar - Roman Şulqadır.
“Yuxarıda və aşağıda” komediya və dramında baş rollarda - Eyvaz Əliyev, Namiq Ağayev, Arzu Əhmədov çəkiliblər. Ssenari müəllifi və quruluşçu rejissor - Timur İsmailov, quruluşçu operator - Nadir Mehdiyev, bəstəkar – Gökhan Ceylandır.
Kinoalmanaxın quruluşçu rəssamı Rafiq Nəsirov, redaktoru Yusif Şeyxov, kreativ prodüseri Eldar Albertsson, icraçı prodüseri Azər Quliyev, prodüserləri Müşfiq Hətəmov və İradə Bağırzadədir.
A.Zeydullayeva