Azərbaycan Mərkəzi Bankı (AMB) noyabrın 10-na manatın dollara nisbətən rəsmi məzənnəsini noyabrın 6-da qeydə alınmış 1,0498 manat/$1-a qarşı 1,0501 manat/$1 səviyyəsində müəyyən edib. Bu barədə Mərkəzi Bankın saytında məlumat verilir.
Beləliklə, manat dollara nisbətən 0,0286% ucuzlaşıb.
AMB noyabrın 10-na manatın avroya nisbətən rəsmi məzənnəsini noyabrın 6-da qeydə alınmış 1,1424 manat/1EUR səviyyəsinə qarşı 1,1281 manat/1EUR səviyyəsində müəyyənləşdirib. Bununla da manat avroya nisbətən 1,2518% möhkəmlənib.
Noyabrın 10-na manatın rus rubluna nisbətən rəsmi məzənnəsi noyabrın 6-da qeydə alınmış 0,0166 manat/1RUR səviyyəsinə qarşı 0,0163 manat/1RUR səviyyəsində müəyyən edilib. Beləliklə, manat rubla nisbətən 1,0872% möhkəmlənib.
Xəbər verildiyi kimi, fevralın 21-də AMB manatın devalvasiyasını həyata keçirib. Manatın məzənnəsi fevralın 20-də qeydə alınmış 0,7862 manat/$1-a qarşı 33,5% - 1,05 manat/$1-a qədər ucuzlaşıb.
A.Axundov