SOCAR şirkəti (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) Misirdə neft emalı zavodlarında pay almağa ümid edir. Bu barədə şirkətin prezidenti Rövnəq Abdullayev çərşənbə axşamı jurnalistlərə bəyan edib.
Xəbər verildiyi kimi, dünən R.Abdulayev Qahirədə Misirin baş naziri İsmayıl Şəriflə danışıqlar aparıb. Görüş zamanı SOCA5R-ın Misirdə neft-qaz layihələrində iştirakı imkanları müzakirə olunub.
“Misir fəal inkişaf edən böyük bazardır. Bir neçə il ərzində Misirə illik təxminən 1 mln. tonan artıq həcmdə neft və neft məhsulları tədarük edirik. Lakin biz bu ölkədə fəaliyyət dairəmizi genişləndirmək istəyirik”, - deyə R.Abdullayev bildirib.
Onun sözlərinə görə, söhbət SOCAR-ın neft emalı sahəsində, həmçinin “NEZ-də pay alışı və neft emalı prosesində bilavasitə iştirakdan gedir”.
Xəbər verildiyi kimi, R.Abdullayev ilə Qahirədə görüş zamanı İ.Şərif SOCAR-ı Misirin neft-qaz sektoruna investisiyalar yatırmağa çaöırıb. O əlavə edib ki, Misir hökuməti bu istiqamətdə ARDNŞ-nin fəaliyyətində dəstək verməyə hazırdır.
N.Abbasova