Neft sektoruna $130 mlrd. həcmdə investisiyanın azalması neft qiymətlərinin artmasına zəmin yaradır. Bunu Neft ixracatçısı olan ölkələrin təşkilatının (OPEK) baş katibi Abdulla Salem əl- Bədri bu gün Əbu-Dabidə keçirilimiş konfransda söyləyib.
Neft bazarları 2016-cı ildə müsbət nəticələri görəcəklər”,- deyə A.əl- Bədri bildirib.
“Bloomberg” yazır ki, OPEK rəhbəri növbəti dəfə kartelə üzv olan dövlətləri dünya bazarlarına yanacaq tədarükünü azaltmağa çağırıb. Onun sözlərinə görə, hətta dekabrın 4-də keçiriləcək iclasda OPEK hasilat kvotasını sutkada cari 30 mn bareldən 1,5 mln. barelə qədər azaltsa belə, bu dünya bazarında tələblə təklif arasındakı tarazlığı təmin etməyə kifayət etməyəcək.
OPEK rəhbəri növbəti dəfə bildirib ki, OPEK neft bazarında 40% pay təklifi ilə razılaşmayacaq. O bildirib ki, bu qrupa daxil olmayan neft istehsal edən ölkələr “ azalmaların yükünü bölüşməlidirlər”.
“Bizə elə bir qiymət lazımdır ki, istehsalçılar investisiya qoya bilsindlər, istehlakçılar isə nəql edilən nefti ala bilsinlər. Dövlətlər əməkdaşlıq etməlidrlər. Biz bu bazarı sabitləşdirməliyik”,- deyə o vurğulayıb.
A.əl-Bədri qeyd edib ki, kartel sanksiyalar götürüldükdən sonra İranın neft hasilatını artıra bilməsi üçün əlindən gələni etməyə hazırdır.