Cəlilabad Rayon Polis Bölməsinin əməkdaşları 1 kq.-dan çox narkotik maddəni qanunsuz dövriyyədən çıxarıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə çərşənbə axşamı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Ölkənin cənubunda aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində İran vətəndaşı Lətifi Qulamrza Əmirəli və Cəlilabad rayon sakini Elməddin İsbatov saxlanılıblar, onlardan 1,3 kq. heroin müsadirə edilib.
R. Babayev