Oktyabr ayında Azərbaycanda olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərini pozmuş 520-ə yaxın əcnəbi inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılıb. Bu barədə Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətindən məlumat verilir.
Ötən ay 517əcnəbi inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılıb.
Bundan başqa, 1,57 min əcnəbinin ölkə ərazisini 48 saat ərzində tərk etmələri qərar qəbul edilib.
Ümumilikdə, oktyabrda Azərbaycan ərazisində 2,297 min qeyri-qanuni miqrant aşkar edilib.
Onlardan 19-nun respublika ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün əsas verən sənədləri itirildiyindən yenisi ilə əvəz olunub,191 nəfərin ölkə ərazisində yaşamaları leqallaşdırılıb.
R.Babayev