Bu ilin geridə qalan 10 ayı ərzində Gəncədə 826 abonentin mənzilinə ilk dəfə olaraq təbii qaz verilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu xəbər verir.
“Yeni salınan yaşayış massivləri və qəsəbələr hesabına abonent sayı da hər keçən gün artmaqdadır. Gəncə şəhərinin qaz şəbəkəsi bu gün imkan verir ki, əhalini normal qazla təmin edək” – deyə Gəncə Regional Qaz İstismarı İdarəsinin baş mühəndisi Azər Bayramov bildirib.
Gəncədə payız qış mövsümünə hazırlıqla əlaqədar 800-dək qaz tənzimləyici şkafa baxış keçirilib.
“8 min metrə yaxın müxtəlif diametrli yararsız qaz xətti, 210 ədəd isə qaztənzimləyici şkaf yenisi ilə əvəz edlib. Soyuqların düşməsi ilə bağlı şəhərin bir neçə yerində təziqlə bağlı problemlər olsa da, artıq bu problemlər aradn qaldırılıb” – deyə Azər Bayramov qeyd edib.
75 min 525 abonentin olduğu Gəncədə yay aylarında gündəlik təbii qaz sərfiyyatı 200 min kubmetr olursa, qış ərzində bu rəqəm 7 min kub metr də artır.
F.Mehdiyev