Azərbaycan və Meksika neft sahəsində əməkdaşlığa qarşılıqlı maraq göstərirlər.
“İnterfaks-Azərbaycan” agentliyinə Meksikanın Bakıdakı səfirliyindən verilən məlumata görə, Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardininin SOCAR-ın (Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, ARDNŞ) sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov ilə görüşü zamanı bəyan edilib.
Neft sahəsində ikitərəfli əlaqələrin inkişafı məqsədilə baş tutan görüşdə hər iki ölkə arasında münasibətlərdən, milli mədəniyyətlərdə olan oxşarlıqlardan söz açılıb.
SOCAR-ın vitse-prezidenti şirkətin fəaliyyəti, xarici ölkələrdə reallaşdığı layihə və sərmayələrdən məlumat verdi. O, həmçinin, Azərbaycanda neft hasilatının tarixinə də toxundu.
Vurğulanıb ki, bu sahədə təcrübə mübadiləsinin həm onun inkişafına,həm də iki ölkənin rifahına xidmət edəcək.
F.İsazadə