16 noyabr tarixində Bakıda Azərbaycan-İran biznes forumu keçiriləcək. Bu barədə Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli
Konfederasiyasından (ASK) məlumat verilib.
Biznes-forum İrandan olan iş adamlarından ibarət nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində keçiriləcək. Tədbirin təşkilatçıları Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO)və İran Ticarətinin İnkişafı Təşkilatıdır.
Həmçinin İranın nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində 17-19 noyabr tarixlərində “Baku Expo Center”da «Iran Project» biznes-sərgisi keçiriləcək.
Biznes forum və sərgidə konsaltinq, tikinti, nəqliyyat, maşınqayırma, neft-qaz sektoru, toxuculuq sənayesi və incəsənət sahəsində fəaliyyət göstərən İran şirkətlərinin nümayəndələri iştirak edəcəklər.
N.Abbasova