Qəbələ Rayon mərkəzi xəstəxanasında Səhiyyə Nazirliyinin ETHQ-nın mütəxəsis briqadası tərəfindən qanvermə aksiyası keçirilib.Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
Rayon Mərkəzi xəstəxanasından bildirildi ki, aksiyada 247 nəfər könüllü iştirak edib, 80 litrə yaxın qan tədarük edilib. Tədarük olunan qanın talassemiyalı və digər qan xəstəliyi olan şəxslərə köçürülməsi nəzərdə tutulur. Aksiyanın mütəşəkkil keçirilməsində rayonun əmək kollektivləri üstünlük təşkil ediblər.
İ.Əhmədov