"Azərmarka" MMC "Kitabi-Dədə Qorqud" dastanının alman şərqşünası Henrix Fridrix fon Dits tərəfindən alman dilinə ilk tərcüməsi və nəşrinin 200 illiyi münasibəti ilə poçt markası buraxıb. Bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin məlumatında deyilir.
Markanın üzərində ağsaqqal Dədə Qorqud əks olunub.
Poçt markasının nominal dəyəri 0,5 manat təşkil edir.
Kitabi-Dədə Qorqud" dastanı Azərbaycanın şifahi xalq ədəbiyyatının qədim yazılı abidəsidir.
N.Abbasova