Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə noyabrın 1-də keçirilmiş seçkilərlə əlaqədar keçmiş baş nazir Pənah Hüseynin şikayəti üzrə qərar verilib
63 saylı Sabirabad Birinci Seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Pənah Hüseyin müvafiq Dairə Seçki Komissiyasının səsvermənin nəticələri barədə qərarının ləğv olunması, səslərin yenidən sayılması barədə MSK-yə müraciət edib.
MSK Pənah Hüseynin şikayətini qismən təmin edib. MSK 63 saylı Sabirabad Birinci Seçki Dairəsinin 13 saylı məntəqsində seçkinin nəticələrini ləğv edib.
Bununla belə, MSK-nın bu qərarı həmin seçki dairəsində seçkilərin nəticəsini dəyişməyib. Bu dairədə hakim Yeni Azərbaycan Partiyasının nümayəndəsi Elçin Quliyev qələbə qazanıb.
R.Babayev