Bu gün ADA Universiteti və BMT Əhali Fondu arasında əhali dinamikası sahəsində qarşılıqlı Anlaşma Memorandumu imzalanacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə universitetin mətbuat xidmətindən məlumat verilib.
Sənəd insan inkişafı və keyfiyyətli təhsil üzrə layihə və proqramların işlənilməsi istiqamətində səmərəli əməkdaşlığa baza yaradacaq.
F.İsazadə