2015-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun bütün sahələrində artım qeydə alınıb. Bu barədə Azərbaycan Mərkəzi Bankının cari ilin 9 ayına dair pul siyasəti haqqında hesabatında məlumat verilir.
“ 2015-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda qeyri-neft ÜDM-nin artımı 6,4%, neft sektorunda azalma 0,1% təşkil edib”,- deyə hesabatda qeyd edilir. Hesabat dövründə qeyri -neft sektorunda iqtisadi artımın 2,7 faiz bəndini xidmət sahəsi təmin edib.
2015-ci ilin yanvar-sentyabr aylarında qeyri–neft sənayesində artım 10,2%, tikinti sahəsində 6% turistlərin yerləşdirilməsi və iaşə sahəsində 15,1%, ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində 11,4%, informasiya və rabitə sahəsində 8,8%, nəqliyyat və anbar təsərrüfatı sahəsində 0,4%, kənd və meşə təəsrrüfatı, həmçinin balıqçılıq sahələrində 6,7% artım olub.
A.Axundov