Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Turizm Assosiasiyası (AZTA) ilə birgə 14 noyabr tarixində Bakıda III Mövsüm Səyahət Yarmarkası keçirəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Tədbirin məqsədi daxili turizm potensialının nümayiş olunmasıdır. Yarmarkada 20-dən artıq turizm şirkətlərinin və mehmanxanaların stendlərində ziyarətçilərə Yeni il bayramı ilə bağlı xüsusi proqramlar təklif olunacaq.
Yarmarka çərçivəsində ziyarətçilər müxtəlif müsabiqələrdə iştirak etməklə Yeni il turları əldə edə biləcəklər.
Bundan başqa, tədbirdə ABŞ-dan jazz qrupunun ifası və məşhur müğənni Gabriel Stravelli və jazz triosunun çıxışı olacaq. Yarmarka “Park Bulvar” ticarət mərkəzində keçiriləcək.
A.Zeydullayeva