İrəvanın ABŞ-dakı səfiri Riçard Millz Ermənistan və Azərbaycan prezidentləri Srj Sarqsyan və İlham Əliyevin ilin sonuna kimi görüş keçirmək niyyətlərini alqışlayır.
“Bu hər iki tərəfdən çox müsbət addımdır. Ümid edirik ki, prezidentlər ATƏT-in Minsk Qrupunun üç həmsədrinin yeni təkliflərinə açıq olacaqlar və onları müzakirə etməyə dair hazırlıq nümayiş etdirəcəklər”, - deyə R.Millz cümə axşamı jurnalistlərə bəyan edib.
Diplomatın sözlərinə görə, ABŞ gözləyir ki, iki ölkənin prezidentləri Qarabağ münaqişəsi zonasında təmas xəttində gərginliyin azalması üçün zəruri olan məsələlərin ətraflı müzakirəsini keçirəcəklər.