Rusiya Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasında maraqlı olmalıdır. Bu barədə Milli Məcıisin birinci vitse-spikeri Ziyafət Əsgərov cümə axşamı jurnalistlərə bəyan edib.
“Dağlıq Qarabağ problemi SSRİ-dən bizə miras qalan problemdir. Rusiya isə SSRİ-nin hüquqi xələfidir və həmin problemin həllində maraqlı olmalıdır”, - deyə o Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistan-Azərbaycan münaqişəsinin həllində gələcəkdə fəal iştiraka hazır olduqlarına dair İrəvanda səsləndirdiyi bəyanatı şərh edərkən bildirib.
Z.Əsgərov təəssüflə qeyd edib ki, bu istiqamətdə hem bir nəticə əldə olunmayıb.
“Ruisya XİN başçısı həm Bakı, həm də İrəvanda bəyanatlarla çıxış edib. Onlar həqiqətən bu məsələnin həllinə yardım etmələri yaxşı olardı. Lakin biz bu məsələyə dair əsas həll yoluna, suverenlik və ərazi bütövlüyünün (Azərbaycanın - İF-Az) təminatına nail olmaq istəyirik”, - deyə parlamentin vitse-spikeri vurğulayıb.
Ermənistan-Azərbaycan münaqişəsinin həlli müqabilində Bakının Avrasiya İqtisadi İttifaqa qoşulmağa hazır olmasına dair rəyləri şərh edərkən, Z.Əsgərov vurğulayıb ki, heç kimin Azərbaycan qarşısında şərt qoymaq hüququ yoxdur.
“Biz dəfələrlə bəyan etmişik ki, heç kimin Azərbaycan qarşısında şərt qoymaq hüququ yoxdur. Azərbaycanın suvernelik və ərazi bütövlyünü bərpa etmək hüququ var. Başqa məsələ, respublikanın hansısa təşkilatlarla hansı formada əməkdaşlıq etməsidir. Əgər əməkdaşlıq milli və dövlətin maraqlarına cavab verəcəksə, o zamanl təkliflərə baxarıq”, - deyə Milli Məcıisin vitse-spikeri bildirib.
R.Babayev