Rusiya Azərbaycanın enerji sistemlərinin sinxronlaşdırılması üzrə işləri davam etdirməkdə maraqlıdır. Bunu RF-nin energetika naziri Aleksandr Novak Rusiya və İran hökumətlərarası komissiyanın iclasında çıxışı zamanı bildirib.
“ Biz həmçinin Rusiya, Azərbaycan və İranın enerji sistemlərinn birləşdirlməsi məsələsinin öyrənilməsinin davam etdirilməsində maraqlı olduğumuzu təsdiq edirik və enerji sistemlərinin birləşdirilməsi üzrə üçtərəfli işçi qrupun fəaliyyətinin bərpa edilməsini məqsədyönlü hesab edirik. Komissiya enerji sistemlərinin birləşdirilməsinin optimal yolunu seçmək üçün texniki iqtisadi tədqiqatları təşkil etməlidir”,- deyə nazir bildirib.
O həmçinin əlavə edib ki, bu məsələ ilə bağlı “ yol xərtitəsi”nin işlənib hazırlanması planlaşdırılır.
Rusiya-İran komissiyası çərçivəsində həmçinin “Rosseti” İSC-nin (MOEX: RSTI) direktoru Oleq Budarqanın İranın energetika nazirinin müavini Huşəng Fələhtiənlə görüşü olub.
Rusiya şirkətinin mətbuat xidmətinin verdiyi məlumata görə, tədbir zamanı tərəflər müxtəlif sahələrdə əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Rusiya və İranın ererji sistemlərinin birləşdirilməsi işlərinə xüsusi diqqət ayrılıb. Tərəflər bir -neçə Azərbaycan və digər Qafqaz ölkələrindən keçəcək marşrutları öyrənməyi nəzərdə tuturlar.
Danışıqlar zamanı tərəflər elmi texniki əməkdaşlığın inkişaf etdirilməsinə, innovativ həllər və yeni texnologiyalar sahəsində təcrübə mübadiləsi, eləcədə onların Rusiya və İranın enerji sistemlərində istifadə imkanlarının öyrənilməsində maraqlı olduqlarını bildiriblər.
Bu 3 ölkənin enerji sistemlərinin sinxronlaşdırılması artıq bir- neçə ildir müzakirə edilir.Bu dövlətlərə elektrik enerjisi ilə ixrac- idxal əməliyyatlarını yerinə yetirməyə imkan verəcək.
2014-cü ilin sentyabr ayında AQ.Novak bildirib ki, Rusiya İranda yeni elektrik paylayıcı xətlər və su elektrik stansiyası tikə bilər. O həmçinin qeyd edib ki, “ Texnopromekspert Bo”ASC və İranın “Tavanir” şirkəti arasında İran ərazisində elektrik enerjisi sahəsində layihələrin, İES-in tikintisinin həyata keçirilməsinə dair saziş imzalanıb.
“Söhbət ümumi gücü 3 GVt təşkil edən hər biri 350 MVT-luq 8-10 bloklu buxar qaz qurğusunun tikintisindən gedir. Onun sözlərinə görə, İES tikintisi üzrə layihələrin ümumi dəyəri $10 mlrd. təşkil edə bilər.