İsrailin “BreedİT LTD” şirkəti Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinə əməkdaşlıq etmək üçün təkliflər paketi təqdim edib. Bu barədə nazirliyin məlumatında bildirilir.
“BreedİT LTD” şirkətinin rəhbəri Odxed Sagee bu təklifləri Bakıda kənd təsərrüfatı naziri Heydər Əsədovla görüş zamanı təqdim edib.
Heydər Əsədov Azərbaycanda toxumçuluğun mövcud vəziyyəti və inkişaf perspektivlərinə dair ətraflı məlumat verərək, nazirliyin İsrail dövlətinin təcrübəsindən istifadə etməyə maraqlı olduğunu söyləyib.
Nazir əsas prioritet hesab olunan sahələr kartof, qarğıdalı və müxtəlif tərəvəz bitkilərinin toxumçuluğunun müasir texnologiyalar əsasında təşkilinin önəmli olduğunu bildirib.
O, İsrail təcrübəsindən ölkəmizdə istifadə olunması üçün ilk növbədə ehtiyacların müəyyənləşdirilməsi, əkin üçün torpaq sahələrinin seçilməsi və bu məqsədlə layihənin hazırlanmasını nəzərə çatdırıb.
Odxed Sagee səmimi qəbula görə təşəkkürünü bildirərək Azərbaycanda müasir texnalogiyalar əsasında toxumçuluq şirkətlərinin yaranması üçün İsrail şirkətlərinin təcrübələrindən istifadə olunması üçün imkanların olduğunu qeyd edib.
A.Əzizov