Azərbaycan Respublikası baş nazirin müavini Elçin Əfəndiyev respublikada qadınların öz hüquqları barədə məlumatın az olduğunu qeyd edir.
“Bu günə qadınlar üzərində məişət zorakılığı dünya ictimaiyyətini narahat edən ən mühüm problemlərdən biridir. Biz bu məsələyə xüsusi diqqət ayırırıq”, - deyə E.Əfəndiyev cümə günü məişət zorakılığı problemlərinə həsr olunan konfransda çıxışında vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycanda qadınların məişət zorakılığından müdafiəsi üçün qanunvericilik bazası təkmilləşdirilir.
Bununla belə, o vurğulayıb ki, respublikda çox sayda qadınlar kifayət qədər hüquqlarını bilmirlər. “Az təhsilli qadınlar var. Bu səbəbdən profilaktik işlərin aparılması və ictimaiyyətin məlumatlandırılması çox vacibdir”, - deyə baş nazirin müavini vurğulayıb.
Bu səbəbdən Azərbaycanda qadınlar üzərində məişət zorakılığın qarşısının alınması üzrə böyük maarifləndirmə işi aparılır.
“Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsi qadınlara qarşı məişət zorakılığı ilə bağlı problemləri həll edir. Bundan başqa, Komitə yalnız qadınların deyil, həm də uşaqların hüquqlarının müdafiəsi ilə məşğul olur. Əgər 2011-ci ildə həddi buluğa çatmayan qızlar barəsində törədilən cinayətlərin sayı 4280 təşkil edibsə, 2014-cü ildə bu göstərici 2134-ə qədər, 2015-ci ilin birinci rübündə 567-yə qədər azalıb”, - deyə E.Əfəndiyev əlavə edib.
A.Zeydullayeva