Rabitə və yüksək texnologiyalar nazirinin səlahiyyətlərini müvəqqəti olaraq nazirin birinci müavini İltimas Məmmədov icra edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirliyin mətbuat xidmətinin rəhbəri Müşviq Əmirov məlumat verib.
“ Nazirliyin əsasnaməsinə görə, nazir vəzifəsindən azad edilərkən onun səlahiyyətlərini nazirin birinci müavini icra etməyə başlayır”,- deyə M. Əmirov qeyd edib.
Xəbər verildiyi kimi, cümə axşamı Azərbaycan prezidenti İlham Əliyev rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovu tutduğu vəzifədən azad edib.
Ə.Abbasov 2004-cü ildən rabitə və informasiya texnologiyaları naziri postunda idi. 2014-cü ildə nazirliyin adı dəyişdirilərək Rabitə və Yüksək Texnologiyalar Nazirliyi adlandırılıb.
A.Axundov