“Improtex Motors” şirkəti Azərbaycanda “Rolls-Royce” avtomobillərinin ilk xidmət Mərkəzini açıb. Bu barədə şirkətdən məlumat verilib.
Mərkəz A.Salamzadə,33 ünvanında yerləşir və elektron və mexaniki detalların təmiri və yenilənməsi üçün müasir avadanlıqla təchiz olunub.
Ümumi sahəsi 250 kv. metr olan Mərkəz bir dəfəlik 2 avtomobil qəbulu üçün nəzərdə tutulub.
1998-ci ildə yaradılan “Improtex Motors” MMC “Improtex Group” strukturuna daxildir. “Improtex Motors” şirkəti BMW, Rolls-Royce, MINI, “Alpina” avtomobilləri və BMWmotosikletlərin rəsmi idxalçısıdır.
N.Abbasova